Bakı. Trend:
Quba rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Trend-in məlumatına görə, hadisə avqustun 27-də saat 11 radələrində baş verib.
Belə ki, 1979-cu il təvəllüdlü Vahid Stalov rayonun Dağlı kəndində yerləşən fərdi yaşayış evində təmir işləri görərkən yüksəklikdən yerə yıxılıb.
O, aldığı xəsarətlər nəticəsində hadisə yerində vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.