Bakı. Trend:
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Trend-in məlumatına görə, hadisə avqustun 27-də saat 00 radələrində baş verib.
Belə ki, Rəşad Məmmədseyidov idarə etdiyi avtomobillə rayonun Qaraçı kəndi ərazisində hərəkətdə olarkən piyada Böyükağa Abasovu vurub.
Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.