Bakı. Trend:
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki bütün rəqibləri müəyyənləşib.
Azərbaycan təmsilçisi "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Napoli" (İtaliya) və "Slaviya" (Çexiya) ilə Bakıda üz-üzə gələcək.
Ölkə çempionu "Arsenal", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Vilyarreal" (İspaniya) və "Vikinq"lə (Norveç) səfərdə qarşılaşacaq.
xxx
21:00
UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsinin püşkatması Monakoda keçirilir.
Püşkatma zamanı Azərbaycan çempionu “Sabah”ın dörd rəqibi müəyyənləşib. Tarixində ilk dəfə turnirin əsas mərhələsində iştirak edən Bakı təmsilçisi İspaniyanın “Barselona”, Almaniyanın “Borussiya Dortmund”, İngiltərənin “Arsenal” və “Mançester Yunayted” klubları ilə qarşılaşacaq.
“Sabah” “Barselona” və “Borussiya Dortmund”la evdə, “Arsenal” və “Mançester Yunayted”lə isə səfərdə oynayacaq.
Qeyd edək ki, Çempionlar Liqasının liqa mərhələsinin ilk oyunları sentyabrın 8-10-da keçiriləcək.