Beyləqan. Trend:
Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb.
Belə ki, Şahsevən kənd sakini, 1991-ci il təvəllüdlü Süleyman Məhərrəmov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı maneəyə çırpılıb.
Qəza zamanı sürücü Süleyman Məhərrəmov, həmçinin avtomobildə olan Kəbirli kənd sakinləri – 1958-ci il təvəllüdlü Səməd Rzayev və 1982-ci il təvəllüdlü Elgün Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.