Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, təşkilat və müəssisə rəhbərlərinin, ərazi icra nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə vətəndaşların növbəti fərdi qəbulunu keçirib.
Qəbul zamanı vətəndaşlar məşğulluq, torpaq sahələrinin sənədləşdirilməsi, elektrik təsərrüfatının yenilənməsi və ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müraciətlərini səsləndiriblər.
Rayon rəhbəri hər bir müraciəti fərdi qaydada dinləyib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.










