Bakı. Trend:
"İmişli" futbolçusu Dominqos Sengui Hermenegildo (Picas) ilə yollarını ayrılıb.
Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "İmişli" ötən ay heyətinə qatdığı Dominqos Sengui Hermenegildo ilə 2+1 illik müqavilə imzalamışdı.