İstanbulun "Fənərbaxça" klubu məşhur portuqaliyalı məşqçi Joze Mourinyo ilə danışıq aparıldığını rəsmən açıqlayıb.
Modern.az xəbər verir ki, klubun yaydığı açıqlamada bu barədə bildirilib: "Joze Mourinyo ilə baş məşqçi vəzifəsi üçün danışıqlara başlanılıb".
Türkiyə mətbuatı portuqlaiyalı mütəxəssislə 2 illik müqavilə imzalandığını yazıb. Mourinyio bu vəzifədə istefaya göndərilən İsmayıl Kartalı əvəzləyəcək. Joze Mourinyo bu ilin yanvarında İtaliya “Roma”sından istefaya göndərilib.