Bakı. Trend:
Qızıl Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin ən böyük komponentidir və onun aktivlərinin 36%-ni təşkil edir.
Bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin yeni hesabatında deyilir.
Hesabata əsasən, 2026-cı ilin birinci rübünün sonuna ARDNF-in aktivləri 73,5 milyard dollar təşkil edib ki, bu da Azərbaycanın 2026-cı il üçün proqnozlaşdırılan ÜDM-nin 93,2%-nə uyğundur.
"Fitch" qeyd edir ki, qızıl aktivləri 2023-cü ildən 2026-cı ilin birinci rübünə qədər olan dövrdə ARDNF aktivlərinin 19,4 milyard dollar artmasına birbaşa töhfə verib. Bu artımın 26%-i həcm effekti hesabına baş verib.
"Fitch"in qiymətləndirməsinə görə, Azərbaycanın "BBB-" səviyyəsində olan reytinqi ARDNF-nin əhəmiyyətli həcmdə aktivləri ilə əlaqədar bir pillə yüksəlir. Bu aktivlər ölkəyə xarici valyutada yüksək səviyyədə likvidlik və xalis xarici kreditor statusu təmin edir.
Qızıl qiymətlərinin artması ARDNF aktivlərinin həcminə müsbət təsir göstərir, lakin bu effekt qızıl ehtiyatlarının həcmindəki dəyişikliklərlə müxtəlif dərəcədə kompensasiya oluna bilər. Xüsusilə, 2026-cı ilin yanvar-aprel aylarında ARDNF investisiya portfelinin yenidən bal balanslaşdırılması (rebalanslaşdırılması) çərçivəsində qızıl ehtiyatlarının bir hissəsinin toplanmış satışını həyata keçirib.
Qızıl qiymətlərinin artması Azərbaycanın reytinqinə dəstək verir, lakin yaxın gələcəkdə onun daha da yüksəlməsi üçün amilə çevrilməsi ehtimalı azdır", - deyə agentlik bildirir.
Bütövlükdə "Fitch" qızıl qiymətlərinin artması fonunda Qafqaz və Mərkəzi Asiya ölkələrinin mərkəzi banklarının və suveren fondlarının qızıl ehtiyatlarının əhəmiyyətli dərəcədə artdığını qeyd edir.