Bakı. Trend:
Ağdam rayonunda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Səfərli qəsəbəsində baş verib.
Belə ki, rayon sakini Eldəniz Qənbərov mübahisə zamanı qayınatası Zakir Hüseynovu bıçaqlayıb. Ağır xəsarət alan Z.Hüseynov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.
Hazırda hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır.