Bakı. Trend:
Cari ilin yanvar-iyul aylarında Azərbaycan ilə Çexiya arasında ticarət əməliyyatlarının həcmi 599,1 milyon ABŞ dolları təşkil edib.
Trend-in Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisindən 5,3 milyon ABŞ dolları və ya 1 faiz çoxdur.
Hesabat dövründə Çexiya ilə əmtəə dövriyyəsi Azərbaycanın ümumi əmtəə dövriyyəsinin 2,05 faizini təşkil edib. Beləliklə, Çexiya Azərbaycanın ən çox ticarət əməliyyatı həyata keçirdiyi ölkələr arasında səkkizinci yeri tutub.
Cari ilin yanvar-iyul aylarında Azərbaycanın Çexiyaya məhsul ixracının həcmi 563,8 milyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 milyon ABŞ dolları və ya təxminən 2,8 faiz çoxdur.
Hesabat dövründə Azərbaycan Çexiyadan 935,3 milyon ABŞ dolları məbləğində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,6 milyon ABŞ dolları və ya 21,3 faiz azalma deməkdir.
Qeyd edək ki, daha əvvəl Çexiyanın Sənaye və Ticarət Nazirliyi Trend-ə müsahibəsində Azərbaycanın Çexiya üçün etibarlı strateji tərəfdaş kimi özünü doğrultduğunu bildirib. Nazirlik Azərbaycanın ölkənin əsas xam neft təchizatçılarından biri olduğunu və Çexiyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.
“Praqa Azərbaycanı Avropanın enerji təchizatının şaxələndirilməsi məsələlərində mühüm tərəfdaş kimi nəzərdən keçirir və enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsini dəstəkləyir. Neft və qazın şaxələndirilmiş tədarükünün təmin edilməsi ölkənin enerji siyasətinin prioritetlərindən biri olaraq qalır. Azərbaycanın əlverişli coğrafi mövqeyi və Avropa, Xəzər regionu və Mərkəzi Asiya arasında əlaqələndirici rol oynaması onun Çexiya da daxil olmaqla Avropa dövlətləri üçün strateji tərəfdaş kimi əhəmiyyətini artırır”, - deyə nazirlikdən bildirilib.