2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda istehsal edilmiş avtomobil və traktorların sayı məlum olub. Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 233 ədəd traktor istehsal olunub. Ölkədə istehsal olunmuş yük avtomobillərinin sayı isə 254 ədəd olub. Ən çox istehsal minik avtomobillərilə bağlı olub. Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 948 ədəd minik avtomobili buraxılıb. Hər üç məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.