Bakı. Trend:
Qazax rayonunda üç nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə avqustun 23-də saat 09:52-də Xanlıqlar-Cəfərli avtomobil yolunun Xanlıqlar kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü Şadət oğlu Mustafayev idarə etdiyi “Mercedes” markalı avtomobillə Qazax şəhəri istiqamətində hərəkətdə olarkən qarşıdan gələn, 1968-ci il təvəllüdlü Məqsəd İbrahimovun idarə etdiyi “Opel” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində “Opel”in sürücüsü Məqsəd İbrahimov və avtomobildə olan sərnişin, 1955-ci il təvəllüdlü Fəxrəddin Mustafayev hadisə yerində ölüblər. Digər sərnişin, 1958-ci il təvəllüdlü Sakibə Mustafayeva isə Qazax Rayon Mərkəzi Xəstəxanasında aldığı xəsarətlərdən ölüb.
“Mercedes”in sürücüsü Şadət Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.