Bakı. Trend:
Almaniya Ukrayna veteranlarının dəstəklənməsi məqsədilə əlavə 3 milyon avro maliyyə vəsaiti ayıracağını açıqlayıb.
Bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful Kiyevdə keçirilən IX Beynəlxalq Veteranlar Forumunda çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, Ukrayna veteranları və onlara dəstək göstərən insanlar böyük ehtirama layiqdirlər.
Vadeful vurğulayıb ki, Berlin veteranların ehtiyaclarının Ukraynanın mövcud sosial müdafiə sistemi çərçivəsində qarşılanmasına yönəlmiş kompleks yanaşmanı dəstəkləyir.