Bakı. Trend:
Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
"Zirə" doğma meydanda "İmişli"ni qəbul edib. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda aktivində 6 xal olan Bakı klubu turnir cədvəlinə başçılıq edir.
Qonaqlar isə 1 xalla 8-ci yerdədir.
Qeyd edək ki, II turun “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” matçları avrokuboklara görə təxirə salınıb.
Tura avqustun 23-də 2 oyunla yekun vurulacaq.