Bakı. Trend:
Bərdə rayonunda ölümlə nəticələnən hadisə baş verib.
Trend-in məlumatına görə, hadisə avqustun 20-də saat 10 radələrində baş verib.
Belə ki, 1972-ci il təvəllüdlü Mahir Həsənov rayonun Mollalı kəndində özünə məxsus fermada iribuynuzlu heyvanları yemləyərkən elektrik cərəyanının təsirindən ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.