Bakı. Trend:
Rusiya futbolçusu Aleksey Batrakov Moskvanın “Lokomotiv” klubundan Türkiyənin “Qalatasaray” klubuna keçib.
Bu barədə “Lokomotiv”in mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Türkiyə Futbol Federasiyası Batrakovu “Qalatasaray”ın futbolçusu kimi qeydiyyatdan keçirib. Yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb və onun mövsümlük maaşı 3,25 milyon avro təşkil edəcək.
“Lokomotiv” “Qalatasaray”dan 25 milyon avro, həmçinin futbolçunun növbəti satışından əldə olunacaq gəlirin 15 faizini alacaq.