Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) 4 sığorta vasitəçisinin lisenziyasını ləğv edib.
Bu barədə AMB məlumat yayıb.
Belə ki, "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsinə müvafiq olaraq lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 18 avqust 2026-cı il tarixli Qərarına əsasən adları siyahıda qeyd olunmuş (əlavə olunur) 1 (bir) hüquqi şəxs olan sığorta brokerinə, 1 (bir) nəfər fiziki şəxs olan sığorta brokerinə və 2 (iki) nəfər fiziki şəxs olan sığorta agentinə sığorta vasitəçiliyi fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.2-ci maddəsinə əsasən lisenziyaları ləğv edilən sığorta vasitəçilərinin SİYAHISI:
№
Sığorta vasitəçisinin adı
Fəaliyyət
növü
Lisenziyanın
tarixi
Lisenziyanın nömrəsi
VÖEN
1
“Sizin Sığorta Brokeri” MMC
Broker
02.10.2017
SB-002
1304432171
2
İsmayılov Fuad Beytxan oğlu
Broker
22.06.2009
000183
1401564242
3
Əliyev Rasim Balo oğlu
Agent
24.01.2014
080507
8300098342
4
Mahmudov Mirmehdi Mircəlal oğlu
Agent
28.06.2012
000694
1502073102