Bakı. Trend:
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Azərbaycan təmsilçisi "Sabah" İsrailin "Hapoel Beer-Şeva" futbol klubu ilə üz-üzə gəlib.
Qarşılaşma təhlükəsizlik səbəbindən Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionunda təşkil olunub.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayıb. Klub tarixində Çempionlar Liqasının pley-off mərhələsində ilk dəfə çıxış edən "Sabah" minimal fərqlə məğlub olub - 2:1.
Oyunda hesabı 6-cı dəqiqədə Velko Simiç hesabı açıb - 0:1.
43-cü dəqiqədə Ceyvon İst hesabı bərabərləşdirib, 80-ci dəqiqədə isə İqor Zlatanoviçin vurduğu qolla komandasını önə keçirib və "Hapoel Beer-Şevaya" qələbə qazandırıb.
Cavab qarşılaşması avqustun 25-də Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionundakı oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Xatırladaq ki, "Sabah" üçüncü təsnifat mərhələsində Danimarkanın "Orhus" klubunu mübarizədən kənarlaşdırıb. Bakıdakı cavab görüşündə rəqibinə 4:0 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi iki oyunun nəticəsinə görə 5:2 hesablı üstünlüklə pley-offa yüksəlib. "Hapoel Beer-Şeva" isə Serbiyanın "Srvena Zvezda" klubunu iki oyunun yekununda 3:0 hesabı ilə üstələyib.
Bu cütün qalibi UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanacaq.