Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında Hörmüz boğazının açılması üzrə aparılan danışıqlardakı vəziyyəti müzakirə edib.
Bu arədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
“Mənbə bildirib ki, nazir Fidan bu gün İranın xarici işlər naziri Əraqçi ilə telefon danışığı aparıb. Söhbət Hörmüz boğazının açılması ilə bağlı davam edən danışıqlarda son vəziyyətə və atəşkəs rejiminə həsr olunub”, – deyə mənbə qeyd edib.