Bakı. Trend:
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər həyatını itirib.
Trend xəbər verir ki, qəza Bakı-Qazax avtomobil yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində baş verib.
İlkin məlumata əsasən, “VAZ 2106” və “KİA” markalı iki minik avtomobili toqquşub. Hadisə zamanı Sarıtəpə kəndinin 5 sakini həlak olub. Onlardan 3-ü uşaq, 2-si isə böyükdür.
Faktla bağlı araşdırma aparılır.