Bakı. Trend:
Bu ilin yanvar-iyulaylarında Azərbaycanda 1 881 ədəd minik avtomobili istehsal edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstəriciyə nisbətən 411 ədəd və ya 17,9% azdır.
Cari ilin avqustun 1-nə ölkədə hazır minik avtomobili ehtiyatı 128 ədəd təşkil edib.
Eyni zamanda, hesabat dövründə ölkədə 511 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-iyul aylarındakı göstərici ilə müqayisədə 321 ədəd və yaxud 2,7 dəfə çoxdur.
Bu ilin avqustun 1-nə ölkədə hazır yük avtomobili ehtiyatı 40 ədəd təşkil edib.
Bundan başqa, bu ilin ilk yeddi ayında Azərbaycanda 220 ədəd avtobus istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövründəki göstəriciyə nisbətən 64,2% çoxdur.
Dövr ərzində ölkədə hazır avtobus ehtiyatı 28 ədəd təşkil edib.
Qeyd edək ki, ölkədə maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2026-сı ilin yanvar-iyul aylarında 248,9 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 88,4 faiz artıb, maşın və avadanlıqların istehsalı isə 73,5 faiz azalıb.