Bakı. Trend:
Tovuzda sürücünün həyatını itirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə avqustun 16-da rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Fərid Şükür oğlu Tağıyev idarə etdiyi “Ford Transit” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü hadisə yerində vəfat edib.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi üzrə istintaq aparılır.