Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulacaq.
Modern.az-ın məlumatına görə, XXXVI turun son qarşılaşmalarında "Turan Tovuz" "Kəpəz"lə, "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Tovuz klubu 45 xalla 6-cı, "Kəpəz" 35 xalla 8-ci, eyni xala malik "Araz-Naxçıvan" 9-cu yerdədir.
Çempion "Qarabağ"ın isə 82 xalı var.
Azərbaycan Premyer Liqası
XXXVI tur
17:00. "Turan Tovuz” –“ Kəpəz” Hakimlər: Rəşad Əhmədov, Kərim Zeynalov, Sənan Atayev, Nicat İsmayıllı Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: İlham Əliyev Tovuz şəhər stadionu
“Araz-Naxçıvan”– “Qarabağ” Hakimlər: Əkbər Əhmədov, Rəhman İmami, Asif Abdullayev, Rauf Allahverdiyev Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Məmmədəli Məmmədov “Azersun Arena”
Qeyd edək ki, “Araz-Naxçıvan"la matçdan sonra Premyer Liqanın qalibi olan “Qarabağ” üçün mükafatlandırma mərasimi keçiriləcək. XXXVI turun ilk oyunlarında "Sabah" "Neftçi"ni, "Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.