Bakı. Trend:
İngiltərəli hücumçu Ceymi Vardi Braziliyanın "San-Paulu" futbol klubu ilə müqavilə imzalaya bilər.
Bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Mənbənin məlumatına görə, "San-Paulu" Vardi ilə əlaqə saxlayaraq mümkün transferlə bağlı danışıqlar aparıb. Romanonun sözlərinə görə, futbolçu "San-Paulu"dan əlavə daha bir neçə variantı da nəzərdən keçirir.
39 yaşlı Vardi 2025–2026-cı illərdə İtaliyanın "Kremoneze" klubunda çıxış edib. O, 2012–2025-ci illərdə isə İngiltərənin "Lester" klubunun formasını geyinib.
Hücumçu "Lester"in heyətində müxtəlif turnirlərdə 500 oyuna çıxaraq 200 qol vurub və hər iki göstərici üzrə klubun rekordçusudur. Vardi "Lester"lə birlikdə 2015/2016 mövsümündə İngiltərə çempionu olub və Premyer Liqanın ən yaxşı futbolçusu seçilib. Bu titul "Lester"in tarixində ilk və hələlik yeganə çempionluq olaraq qalır.