Bakı. Trend:
2026-cı il İngiltərə Superkuboku uğrunda qarşılaşmada "Arsenal" və "Mançester Siti" komanadaları üz-üzə gəliblər.
London təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edərək titula sahib çıxıb.
Görüş Uelsin Kardiff şəhərində yerləşən "Prinsipaliti" ("Millennium") stadionunda keçirilib. Qarşılaşmanı baş hakimi Samuel Barrott idarə edib.
Oyunun artıq birinci dəqiqəsində Rikardo Kalafyori hesabı açaraq "Arsenal"ı önə keçirib. 28-ci dəqiqədə Kay Haverts "topçular"ın üstünlüyünü iki topa çatdırıb. 48-ci dəqiqədə isə Martin Edeqor London klubunun üçüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.
İngiltərə Superkuboku hər il əvvəlki mövsümün Premyer Liqa çempionu ilə İngiltərə Kubokunun qalibi arasında keçirilən oyundur.
"Arsenal" 2025/2026 mövsümünü İngiltərə Premyer Liqasının çempionu kimi başa vurub. Komanda 38 oyunda 85 xal toplayıb. "Mançester Siti" isə ötən mövsüm Premyer Liqanı 78 xalla ikinci pillədə başa vurub və 2025/2026 mövsümünün İngiltərə Kubokunun sahibi olub.