Bakı. Trend:
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai neftlə çirklənmə nəticəsində bölgənin dəniz ekosisteminə dəyən ziyanın trilyonlarla dollarla qiymətləndirilə biləcəyini bildirib.
O, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Bəqai paylaşımına Keşm adası sahillərində qeydə alınmış neft çirklənməsini əks etdirən videogörüntüləri əlavə edib və insidentin xarici gəmidən qaynaqlandığını bildirib.
Onun sözlərinə görə, bu hadisə son onilliklər ərzində Fars körfəzi və Oman dənizinin sularının, eləcə də regionun dəniz ekosisteminin vəziyyətini pisləşdirən açıq və gizli çirklənmənin bariz nümunələrindən biridir. Bəqai qeyd edib ki, bunun nəticəsində İranın sahilyanı ərazilərinə trilyonlarla dollar həcmində ziyan dəyib.
XİN sözçüsü əlavə edib ki, kommersiya gəmiçiliyində iştirak edən hər bir tərəf regionda vurulan ziyanın aradan qaldırılması ilə bağlı hüquqi və mənəvi məsuliyyət daşımalıdır.