Bakı. Trend:
Aralıq dənizinin Afrika sahilində yerləşən muxtar Seuta şəhərinin sərhədini qanunsuz keçməyə cəhd edən 100-dən çox şəxs Mərakeş hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bu barədə "Hespress" xəbər portalı məlumat yayıb.
Güc strukturlarındakı mənbənin verdiyi məlumata görə, “şənbə günü səhər Fnidek şəhərində və onun ətrafında təhlükəsizlik qüvvələrinin keçirdiyi planlı əməliyyatlar və sahə tədbirləri nəticəsində Seuta ilə sərhədi qanunsuz keçməyə cəhd göstərən 111 nəfər saxlanılıb”.
Bildirilir ki, saxlanılanlar arasında “Saharadan cənubdakı Afrika ölkələrindən olan 109 miqrant və Mərakeşin iki vətəndaşı” var.
Mənbənin sözlərinə görə, “Seuta bölgəsində təhlükəsizlik vəziyyəti nəzarət altındadır”.