Ağdam. Trend:
Ağdam rayonunda yanğın başlayıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, yanğın rayonun Mərzili kəndi ərazisində qeydə alınıb.
Hazırda yanğın minalı ərazidə davam etdiyindən alovun söndürülməsi və qarşısının alınması çətinləşib.
Qeyd edək ki, ötən gündən başlayan yanğınlar hazırda Füzuli və Xocavənd rayonlarında da davam edir.
Hər üç rayon ərazisində yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən bölmələrinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
