Bakı. Trend:
Vaşinqton Tehrana qarşı yeni iqtisadi təzyiq tədbirləri hazırlayır.
Bunu ABŞ-nin maliyyə naziri Skott Bessent "Newsmax" media şirkətinə bildirib.
“Xəbərləri izləyin, gələn həftə yeni açıqlamalar olacaq. Çünki biz iqtisadi təcrid tarixində görünməmiş tədbirlər tətbiq etməyə hazırlaşırıq”, — deyə Bessent bildirib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının bağlandığını bildirir.