Bakı. Trend:
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.
Azərbaycan klubu növbəti mərhələdə Niderlandın "Tvente" komandası ilə qarşılaşacaq.
Ensxede təmsilçisi III təsnifat mərhələsində Slovakiyanın "Dunayska Streda" kollektivini mübarizədən kənarlaşdırıb. Evdəki ilk matçda rəqibini 6 cavabsız qolla üstələyən Niderland klubu cavab görüşündə 2:3 hesabı ilə uduzsa da, mərhələni adlayıb.
Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27-də təşkil olunacaq.