Bakı. Trend:
İran yanlış məlumatlarla əlaqədar ABŞ-ni ehtiyatlı olmağa çağırıb.
Bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“ABŞ uzun müddətdir ki, məlumatlar səviyyəsinin aşağı olduğuna görə, yanlış hesablamalarla üzləşib. İran əleyhinə müharibə bunun bariz nümunəsidir. Hazırda da Hörmüz boğazı qarşılığında hətta daha böyük hesablamalarda yanlışlığa yol verib. Saxta xəbərlərdən daha pis olanı yanlış məlumatlardır. Ehtiyatlı olun”, - deyə o bildirib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının bağlandığını bildirir.
Əlavə edək ki, İranla Oman arasında Hörmüz boğazı ilə əlaqədar müzakirələr aparılmaqdadır. Bu müzakirələrdə irəliləyişlərin əldə olunduğu bildirilir. İran tərəfi Omanla razılaşma əldə olunduğu halda, bunun Hörmüz boğazının açılması ilə nəticələnməyəcəyini qeyd edir. İran Hörmüz boğazının ABŞ-nin bir sıra addımlar atması nəticəsində açılacağını bildirir.