Müstəqil ekspert fəaliyyətinin həyata keçirildiyi sahələr müəyyənləşib.
Modern.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Müstəqil ekspertlər aşağıdakı sahələr üzrə fəaliyyət göstərirlər:
- avtomobil nəqliyyatı sahəsi − bütün avtonəqliyyat vasitələri;
- dəmir yolu nəqliyyatı sahəsi − bütün dəmir yolu nəqliyyatı vasitələri;
- su nəqliyyatı sahəsi − bütün dəniz və daxili su nəqliyyatı vasitələri;
- hava nəqliyyatı sahəsi − bütün hava nəqliyyatı vasitələri;
- əmlak sahəsi – daşınmaz əmlak və bu sahələrdə qeyd olunan digər fəaliyyət sahələrinə aid olmayan daşınar əmlaklar;
- maliyyə sahəsi − kreditorların əmlak mənafeləri, əmlakın bazar qiymətinin düşməsi halında ondan istifadə və kommersiya
fəaliyyətində baş verən fasilə ilə əlaqədar sığortalıların əmlak mənafeləri, habelə hüquqi xidmətlər və icraatların keçirilməsi ilə bağlı xərclər;
- mühəndislik sahəsi – dəzgah, avadanlıq, maşın və mexanizmlər, texniki qurğular, montaj və quraşdırma işləri, təmir və
inşaat, elektron cihazlar;
- kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları sahəsi − bütün kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları;
- kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar sahəsi − bütün kənd təsərrüfatı heyvanları;
- akvakultura məhsulları sahəsi − akvakultura yolu ilə balıq və digər su bioresurslarından əldə olunmuş, emal edilmiş və istehlaka
yönəldilən akvakultura obyektləri.
Eyni zamanda “Müstəqil ekspert sertifikatının əldə edilməsi üçün imtahana buraxılan şəxslərə dair tələblər, imtahanın keçirilmə qaydası və müstəqil ekspert sertifikatının forması və verilməsi Qaydası” da təsdiq edilib.