Bakı. Trend:
Dağıstanın Çaradinski, Kaytağski və Daxadayevski rayonlarında təcili elektrik kəsintiləri baş verib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində üç bələdiyyə rayonunu əhatə edən 20 kənddə 5,6 min insan və 18 sosial əhəmiyyətli obyekt işıqsız qalıb.
Məlumata görə, avqustun 12-si Moskva vaxtı ilə saat 08:00-da qəzanın aradan qaldırılması və təcili təmir işlərinin aparılması üçün üç briqada səfərbər olunacaq.