Bakı.Trend:
Liviya silahlı qüvvələrinin hərbi kəşfiyyat departamentinin direktoru Fövzi əl-Mənsuri partlayıcı qurğudan istifadə edilməklə törədilən sui-qəsd nəticəsində həlak olub.
Bu barədə “Reuters” məlumat yayıb.
İlkin məlumata görə, general-mayorun avtomobili Benqazidə Aişə məscidinin yaxınlığında partlayıb.
“Al Arabiya” mənbələri əl-Mənsurinin olduğu avtomobilə kustar üsulla hazırlanmış partlayıcı qurğunun yerləşdirildiyini təsdiqləyib.
Hadisə ilə bağlı araşdırmaya başlanılıb. Daha sonra məlumatı Liviyanın Milli Ordusunun mənəvi-tərbiyə məsələləri (mənəvi rəhbərlik) idarəsinin direktoru general-mayor Xalid əl-Məhcub da təsdiqləyib. O əlavə edib ki, partlayış nəticəsində başqa ölən və ya xəsarət alan olmayıb.