Bakı. Trend:
Avqustun 10-da Azərbaycan-Ermənistan sərhədində, Ermənistan ərazisində zəlzələ baş verib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3,8 olan zəlzələ yerli vaxtla saat 23:29-da qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 7 kilometr olub.
Yeraltı təkanlar hiss edilməyib.