Bakı. Trend:
Krit adasının şimal-şərqində yerləşən Ajos-Nikolaos liman şəhərində israilli turistləri daşıyan “Crown Iris” kruiz gəmisinin gəlişinə qarşı onlarla yerli sakinin iştirakı ilə aksiya keçirilib.
Bu barədə Yunanıstanın “newshub.gr” portalı məlumat yayıb.
Etirazçılar Fələstinə dəstək şüarları səsləndirib. Portalın məlumatına görə, onlar israilli turistlərin Ajos-Nikolaosda arzuolunmaz olduğunu bildiriblər.
Yunanıstan KİV-ləri aksiyanı demək olar ki, tamamilə işıqlandırmadığından, etirazçıların “Crown Iris” gəmisinin yan almalı olduğu körpüyə getmək niyyətində olub-olmadığı barədə məlumat yoxdur.