Bakı. Trend:
Prostat xərçəngindən əziyyət çəkən ABŞ-ın keçmiş prezidenti Co Baydenin səhhəti pisləşib.
Bu barədə Co Baydenin oğlu Hanter Bayden Britaniyanın "BBC" yayım korporasiyasına müsahibəsində bildirib.
“Xərçəng yayılıb, sümüklərə və daha sonra digər nahiyələrə metastaz verib. Bu, çox ağrılıdır və bir çox cəhətdən onun vəziyyətini ciddi şəkildə pisləşdirir”, – deyə o bildirib.
Co Bayden 2025-ci ilin mayında özünə prostat xərçənginin aqressiv formasının diaqnozu qoyulduğunu açıqlayıb. Bundan sonra o, beş həftəlik şüa terapiyası kursu keçib. 2025-ci ilin sentyabrında isə dəri xərçəngi səbəbindən əməliyyat olunub.