Bakı. Trend:
Argentina millisinin hücumçusu Franko Mastantuono “Real Madrid”dən icarə əsasında “Fiorentina”ya keçib. Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Mastantuono 2025-ci ilin yayında İspaniya nəhənginə transfer olunmuşdu. O, bu müddət ərzində bütün turnirlərdə 35 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Futbolçunun klubla qüvvədə olan müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 45 milyon avro təşkil edir.
Ötən mövsümün yekunlarına əsasən, “Fiorentina” İtaliya A Seriyasının turnir cədvəlində 15-ci yeri tutub.