Bakı. Trend:
Mingəçevirdə kanalda batan yeniyetmənin meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, avqutsun 4-də Mingəçevir şəhəri, Qarabağ suvarma kanalında batan 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.