Bakı. Trend:
Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilməsi nəzərdə tutulur
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Gömrük Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Dəyişikliyə əsasən, texniki reqlamentlər və istinad edilmiş standartlar tətbiq olunan mallar ölkəyə gətirilərkən onların təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq edən sənədlər – uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və ya tanınmış xarici mənşəli uyğunluq sənədləri gömrük orqanlarına təqdim edilməlidir.
Sənədə əsasən, gömrük əməkdaşlarına idxal olunan malların qeyd olunan uyğunluq sənədləri ilə müşayiət olunmasını yoxlamaq səlahiyyəti verilir.
Qanun barəsində texniki reqlamentlərin və istinad edilmiş standartların hər ikisinin birlikdə qüvvəyə minməsindən 2 (iki) il keçmiş, idxal edilən mallara şamil olunur.
Bu Qanun dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.