Bakı. Trend:
6 avqust tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, səfər çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy Sibiqa və digər yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.