Bakı. Trend:
İmişli rayonunda 3.2 maqnitudalı zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 21:53-də, yerin 26 km dərinliyində qeydə alınıb.
Qeyd edək ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ hiss olunmayıb.
