PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) tədqiqatının 2022-ci il üzrə nəticələri açıqlanıb.
Modern.az xəbər verir ki, ötən il keçirilən PISA tədqiqatında əsas sahə riyaziyyat olub və 81 ölkədən ümumilikdə 700 000-ə yaxın şagird qiymətləndirmədə iştirak edib.
Riyaziyyat üzrə nəticələrə görə ilk beşlikdə Sinqapur, Makau (Çin), Çin Taypeyi, Honkonq (Çin) və Yaponiya qərarlaşıb.
Bakı məktəbləri ilə təmsil olunan Azərbaycan sıralamada 81 ölkə arasında 56-cı yerdədir. Beləliklə, ölkəmiz Meksika, Braziliya, Gürcüstan, Özbəkistan, Albaniya və Şimali Makedoniyadan daha yuxarı nəticə göstərib.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) PISA 2022 ilə bağlı dərc etdiyi hesabata əsasən, PISA 2022 tədqiqatı üzrə iştirakçı ölkələrin nəticələrinin orta göstəricilərində əvvəlki dövr ilə müqayisədə kəskin azalma müşahidə olunub. Xüsusilə riyaziyyat və oxu sahələri üzrə orta göstəricilərdə son on ilin ən böyük geriləməsi qeydə alınıb. Belə ki, riyaziyyat üzrə ümumilikdə 57 ölkədə, oxu üzrə isə 54 ölkədə geriləmə qeydə alınıb. Hesabata əsasən, geriləmənin əsas səbəbi kimi koronavirus (COVID-19) pandemiyası qeyd edilib. Pandemiya dövründə əksər ölkələrdə məktəblərin uzun müddət qapalı qalması şagirdlərin nəticələrinin aşağı düşməsinə ciddi təsir edib.
Bildiririk ki, PISA-nın 2022-ci il üzrə nəticələrinin araşdırılması ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən işlərə başlanılıb. Hər bir istiqamət üzrə təhlillərin aparılması və nəticələrin yaxşılaşdırılması üzrə planın hazırlanması ilə bağlı Təhsil İnstitutuna müvafiq tapşırıq verilib.
Qeyd edək ki, inkişaf etmiş ölkələrin üzv olduğu İƏİT (OECD) və onun tərəfdaş ölkələrini əhatə edən, dünyanın ən böyük şagird qiymətləndirmə tədqiqatı hesab olunan PISA 15 yaşlı şagirdlərin riyaziyyat, təbiət elmləri və oxu üzrə bilik, bacarıq və səriştələrini ölçür.
PISA tədqiqatının 2021-ci ildə keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyası ilə əlaqədar 2022-ci ildə həyata keçirilib.
PISA 2022 tədqiqatının ölkələr üzrə nəticələri:
Sıra Ölkə Mathematics Reading Science 1 Sinqapur 575 543 561 2 Makau (Çin) 552 510 543 3 Çin Taypeyi 547 515 537 4 Honkonq (Çin) 540 500 520 5 Yaponiya 536 516 547 6 Koreya 527 515 528 7 Estoniya 510 511 526 8 İsveçrə 508 483 503 9 Kanada 497 507 515 10 Niderland 493 459 488 11 İrlandiya 492 516 504 12 Belçika 489 479 491 13 Danimarka 489 489 494 14 Böyük Britaniya 489 494 500 15 Poland 489 489 499 16 Avstriya 487 480 491 17 Avstraliya 487 498 507 18 Çexiya Respublikası 487 489 498 19 Sloveniya 485 469 500 20 Finlandiya 484 490 511 21 Latviya 483 475 494 22 İsveç 482 487 494 23 Yeni Zenlandiya 479 501 504 24 Litva 475 472 484 25 Almaniya 475 480 492 26 Fransa 474 474 487 27 İspaniya 473 474 485 28 Macarıstan 473 473 486 29 Portuqaliya 472 477 484 30 İtaliya 471 482 477 31 Viyetnam 469 462 472 32 Norveç 468 477 478 33 Malta 466 445 466 34 Amerika Birləşmiş Ştatları 465 504 499 35 Slovakiya 464 447 462 36 Xorvatiya 463 475 483 37 İslandiya 459 436 447 38 İsrail 458 474 465 39 Türkiyə 453 456 476 40 Bruney Darussalam 442 429 446 41 Ukrayna bölgələri (18 of 27) 441 428 450 42 Serbiya 440 440 447 43 Birləşmiş Ərəb Əmirlikləri 431 417 432 44 Yunanıstan 430 438 441 45 Rumıniya 428 428 428 46 Qazaxıstan 425 386 423 47 Monqolustan 425 378 412 48 Kipr 418 381 411 49 Bolqarıstan 417 404 421 50 Moldova 414 411 417 51 Qətər 414 419 432 52 Çili 412 448 444 53 Uruqvay 409 430 435 54 Malayziya 409 388 416 55 Monteneqro 406 405 403 56 Azərbaycan (Bakı) 397 365 380 57 Meksika 395 415 410 58 Tayland 394 379 409 59 Peru 391 408 408 60 Gürcüstan 390 374 384 61 Səudiyyə Ərəbistanı 389 383 390 62 Şimali Makedoniya 389 359 380 63 Kosta Rika 385 415 411 64 Kolumbiya 383 409 411 65 Braziliya 379 410 403 66 Argentina 378 401 406 67 Yamayka 377 410 403 68 Albaniya 368 358 376 69 İndoneziya 366 359 383 70 Fələstin 366 349 369 71 Mərakeş 365 339 365 72 Özbəkistan 364 336 355 73 İordaniya 361 342 375 74 Panama 357 392 388 75 Filippin 355 347 356 76 Kosovo 355 342 357 77 Qvatemala 344 374 373 78 Salvador 343 365 373 79 Dominik Respublikası 339 351 360 80 Paraqvay 338 373 368 81 Kamboca 336 329 347