Bakı. Trend:
Azərbaycanda iqtisadi artımın (ÜDM) bu il 0,5 faiz, qeyri-neft-qaz sektoru üzrə ÜDM artımının 2,4 faiz olacağı proqnozlaşdırılır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair bu gün keçirilən mətbuat konfransında bildirib.
"2027-ci ildə isə iqtisadi artımın 2,6 və qeyri-neft-qaz sektoru üzrə 3,9 faiz təşkil edəcəyini proqnozlaşdırırıq", - sədr vurğulayıb.
Qeyd edək ki, AMB-nin sonuncu proqnozunda ölkə iqtisadiyyatı artımının bu il 1,1 faiz, qeyri-neft-qaz sektoru üzrə 3,2 faiz olacağı proqnozlaşdırılmışdı. Eyni zamanda 2027-ci il üzrə ölkə ÜDM artımının 3,2 və qeyri-neft-qaz sektoru üzrə 4,7 faiz təşkil edəcəyi açıqlanmışdı.