Bakı.Trend:
2026-cı ilin ilk altı ayı ərzində readmissiya sazişləri çərçivəsində 306 nəfər Azərbaycana geri qəbul edilib.
Trend-in mediaturdakı müxbiri xəbər verir ki, bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, 2014-cü ildən bu günədək readmissiya sazişləri çərçivəsində ümumilikdə 3 990 nəfər ölkəyə geri qəbul edilib.
V.Hüseynov bildirib ki, 205 nəfərlə bağlı 138 readmissiya sorğusu müsbət cavablandırılıb.
“Gələn ay readmissiya çərçivəsində növbəti geri qəbul əməliyyatının həyata keçirilməsi planlaşdırılır”, – deyə DMX rəisi əlavə edib.