Bakı. Trend:
Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Azərbaycan təmsilçisi "Sabah" Finlandiyada "KuPS"un qonağı olub.
Finlandiyanın Kuopio Bakı vaxtı ilə saat 19:00-da başlayan qarşılaşmada "bayquşlar" səfərdə rəqibini 0-2 hesabı ilə məğlub edib.
İlk hissəsi qolsuz tamamlanan maçtda hesabı 53-cü dəqiqədə Velko Simiç açıb, 70-ci dəqiqədə isə Coy Lens Mikels bakılıların ikinci qolunu vurub.
Komandalar arasında ilk oyun "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Beləliklə, iki oyunun nəticəsinə görə rəqibindən üstün olan "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb və bu mərhələdə Danimarkanın "Orxus" və Polşanın "Lex" komandaları arasında keçirilən cütün qalibi ilə üz-üzə gələcək. Bu komandaların Danimarkada keçirilən ilk matçında polşalılar 4:1 hesabı ilə qalib gəliblər. Cavab görüşü iyulun 29-da Polşada olacaq.
"KuPS": Yohannes Kreydl, Akseli Puukko, Brahima Maqassa, Kasim Nuhu, Klinton Antvi, Valentin Qask, Sayku Turay, Petteri Pennanen (k), Tommi Jiri, Bob Nii Arma, Ceymi Moreno.
Ehtiyat oyunçular: Hemmo Riihimaki, Kasperi Silen, Saku Heyskanen, Saku Savolaynen, Niilo Kuyasalo, Arttu Heynonen, Kalvin Kabuye, Pyotr Parjişek, Coslin Luyeye-Lutumba, Arttu Lötjönen, Rikardo Arauxo, Taneli Hamaleynen.
Baş məşqçi: Miika Nuutinen.
"Sabah": Stas Pakatilov (k), Akim Zedadka, Stiv Solvet, Rəhman Daşdəmirov, Timateuş Puxaç, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Aleksey İsayev, Velko Simiç, Kahim Parris, Coy-Lens Mikels.
Ehtiyat oyunçular: Amin Ramazanov, Rəvan Mirzəmmədov, Aden Makarti, Abdulah Xaybulayev, Rauf Rüstəmli, Tellur Mütəllimov, Yunes Laşab, Erivaldo Almeyda, Xander Severina, Rodriqo Fernandeş, Orfe Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.