Bakı. Trend:
James Trafford "Mançester Siti"dən "Lids"ə keçməyə yaxındır.
Klublar 23 yaşlı qapıçının transferi ilə bağlı demək olar ki, yekun razılığa gəliblər. “Lids” bu keçid üçün 40 milyon funt-sterlinq ödəyəcək, müqavilədə əlavə bonuslar da nəzərdə tutulub. Hazırda tərəflər sövdələşmənin son detallarını razılaşdırırlar.
Trafforda maraq göstərən klublardan biri də "Nyukasl" olub. İngiltərəli qolkiper ötən mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 17 oyuna çıxıb və 13 qol buraxıb.