Azərbaycan Premyer Liqasında 35-ci turun oyunları davam edir.
Metbuat.az xəbər verir ki, bu gün 3 matç keçiriləcək. Avrokuboklar uğrunda mübarizə aparan 2-ci pillədəki "Sumqayıt" 5-ci yerdəki "Sabah"la qarşılaşacaq. 3-cü sırada yer alan "Neftçi" isə 7-ci pillədəki "Səbail"in qonağı olacaq. 4-cü pillədəki "Zirə" səfərdə turnir cədvəlində 8-ci olan "Kəpəz"lə üz-üzə gələcək. Hər üç oyun eyni saatda (17:00) başlayacaq.
Qeyd edək ki, tura sabah keçiriləcək 1 oyunla yekun vurulacaq.
18 may
17:00 "Sabah" – "Sumqayıt"Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev“Bank Respublika Arena”
17:00 "Səbail" – "Neftçi"Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Nicat İsmayıllı“ASCO Arena”
17:00 "Kəpəz" – "Zirə"Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Kamal UmudluTovuz şəhər stadionu