Misir fironu Tutanxamenin sarkofaqını açan insanların qısa zamanda niyə ölməsinin sirri açılıb.
Metbuat.az xəbər verir ki, lənətləndiyi iddia edilən firon sarkofaq haqqında həqiqəti ortaya qoyan elm adamları ölümcül sondan xilas olmağın yollarını da açıqlayıblar. 1922-ci ildə Hovard Karter tərəfindən Krallar Vadisində kəşf edilən Misir fironu Tutanxamenin sarkofaqını açan elm adamlarının qısa müddətdə ölməsindən sonra onun lənətləndiyi irəli sürülüb. Misirdə Qahirə Muzeyinə köçürülən sarkofaqı ilk dəfə açan 22 arxeoloqun hamısının 1929-cu ildə vəfat etdiyi məlum olub.