Bakı. Trend:
Xankəndi şəhərində fəaliyyət göstərən “Turan” kafesində baş verən yanğın zamanı iki qadın işçi yanıq xəsarətləri alıb.
Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə kafedə baş verib.
Yanğın zamanı kafenin 43 yaşlı işçisi Zibeydə Əsədova və 29 yaşlı Fidan Cəfərova müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Yaralılar hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.